Enzo Millotun yeni ünvanı açıqlandı

14:29 - 05 Avqust 2025

Enzo Millotun yeni ünvanı açıqlandı

Türkiyənin "Qalatasaray" klubu, ikinci transfer dövründə heyətinə qatmaq istədiyi fransız futbolçu Enzo Millotun yeni ünvanı açıqlanıb.


Manset.az xəbər verir ki, bu barədə İtalyan jurnalist Fabrizio Romano məlumat verib.

Məlumata görə, ötən qış və bu yay transfer pəncərələrində "Qalatasaray"ın transfer etmək istədiyi Enzo Millot, Türkiyə klubunun marağına baxmayaraq, yekun olaraq komandasını dəyişib.

Səudiyyə Ərəbistanı təmsilçisi olan "Əl Əhli" klubu, Enzo Millotun transferi üçün Almaniyanın "Ştutqart" klubu ilə razılığa gəlib. Bu transfer, futbolçunun karyerasında yeni bir mərhələnin başlanğıcı olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az