“Qarabağ” “Şkendiya” oyununda start heyətlər

21:28 - 05 Avqust 2025

“Qarabağ” “Şkendiya” oyununda start heyətlər

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti sınağına çıxacaq.


Manset.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin 3-cü təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq.

İlk görüş səfərdə baş tutacaq. “Todor Proeski” stadionunda keçiriləcək qarşılaşmanı Slovakiyadan olan hakimlər idarə edəcəklər.

Qurban Qurbanovun komandası ÇL-in 2-ci təsnifat mərhələsində İrlandiyanın “Şelburn” kollektivini hər iki oyunda məğlub edib. “Şkendiya” da Rumıniya nəhəngi “Styaua”ya həm evdə, həm də səfərdə qalib gəlib.

Cavab görüşü bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, ilk oyun
5 avqust

22:00. “Şkendiya” – “Qarabağ”
Baş hakim: İvan Kruzlyak (Slovakiya)
“Todor Proeski” stadionu.

***

Komandaların start heyətləri açıqlanıb:

“Qarabağ”: Kochalski, Silva, Zoubir, Addai, Mustafazade, Andrade, Kady, T. Bayramov, Pedro Bicalho, Medina, Akhundzade

“Şkendiya”: Gaye, Trumçi, Ramadani, Cake, Alhassan, B.İbraimi, Krasniqi, Webster, Fetai, Tamba, Latifi


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az