Tomas Müller rəsmi olaraq "MLS"də

09:44 - 07 Avqust 2025

Tomas Müller rəsmi olaraq \"MLS\"də

Alman futbolunun ulduz oyunçusu Tomas Müller, "Bavariya" ilə yollarını ayıraraq Amerika Futbol Liqası (MLS) komandası "Vancouver Whitecaps" ilə 1+1 illik müqavilə imzalayıb.


Manset.az xəbər verir ki, "Vancouver Whitecaps" klubunun verdiyi açıqlamada, 35 yaşlı futbolçunun yeni komandası ilə müqavilə imzaladığı bildirilib. 

Bütün karyerasını "Bavariya"da keçirən Müller, bu mövsümün sonunda Münhen təmsilçisi ilə ayrıldıqdan sonra, yeni bir meydanda oynamağa qərar verib. "Bavariya" ilə 33 titul qazanan təcrübəli oyunçu, o cümlədən 13 Bundesliqa, 8 Almaniya Superkuboku, 6 Almaniya Kuboku, 2 UEFA Çempionlar Liqası, UEFA Super Kuboku və FIFA Klublararası Dünya Çempionatının qalibi olub.

Klub tarixində ən çox rəsmi oyun keçirən futbolçu olan Müller, "Bavariya"da 756 matçda 250 qol vurub. 

Tomas Müllerin yeni komandasında nələr edəcəyini futbolsevərlər maraqla gözləyir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az