"Araz-Naxçıvan" "Omoniya"ya məğlub oldu - YENİLƏNİB

22:03 - 07 Avqust 2025

\"Araz-Naxçıvan\" \"Omoniya\"ya məğlub oldu - YENİLƏNİB

"Araz-Naxçıvan" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda məğlub olub.


Manset.az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Bakıda Kiprin "Omoniya" kollektivini qəbul edib.

"Dalğa Arena"dakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 0:4.

Qonaqların heyətində Loizos Loizu 13 və 22-ci dəqiqələrdə fərqləniblər. 55-ci dəqiqədə Evandro, 58-ci dəqiqədə 58-ci dəqiqədə Stefan Yovetiç adını tabloya yazdırıb.

Cavab görüşü avqustun 14-də Nikosiyada keçiriləcək.

Qeyd edək ki, cütün qalibi pley-offda PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) duelinin məğlubu ilə görüşəcək.

***

20:07

Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına start verilir.


Manset.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi "Araz-Naxçıvan" növbəti sınaq üçün meydana çıxıb.

"Araz-Naxçıvan" bu mərhələdə Kiprin "Omoniya" komandası ilə üz-üzə gəlir:




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az