"Fənərbağça"nın hücumçusuna fantastik təklif

14:35 - 08 Avqust 2025

\"Fənərbağça\"nın hücumçusuna fantastik təklif

Premyer Liqa nəhəngi "Vest Hem Yunayted" "Fənərbağça"nın mərakeşli hücumçusu Yussef En-Nesirini transfer etmək istəyir.


Manset.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, hücumçu axtaran London klubu En-Nesirini radarına alıb.

İngiltərə təmsilçisinin, 28 yaşlı En-Nesiriyə görə "Fənərbağça"ya 40 milyon avro təklif edəcəyi bildirilir. Sarı Kanaryalar bu təklifi rədd etməyəcəklərini gizlətmirlər, amma artıq hücumçunun potensial gedişinə hazırlaşırlar.

Yussef En-Nesiri "Fənərbağça" forması ilə 53 matça çıxıb, 30 qol vurub və 7 məhsuldar ötürmə ilə komandasına böyük töhfə verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az