Nəhənglərin istədiyi kamerunluya fantastik qiymət qoyuldu

18:00 - 08 Avqust 2025

Nəhənglərin istədiyi kamerunluya fantastik qiymət qoyuldu

İngiltərənin "Brayton" klubu yarımmüdafiəçi Karlos Balebanın transfer qiymətini 120 milyon avro müəyyən edib.


Manset.az-ın ESPN-ə istinadən verdiyi məlumata görə, 21 yaşlı kamerunluya Premyer Liqa klubları olan "Mançester Yunayted" və "Mançester Siti" də maraq göstərir.

Yarımmüdafiəçinin ən azı gələn mövsümün sonuna qədər "Brighton"da qalmaq istədiyi bildirilir.

K. Baleba 2024/2025 mövsümündə bütün yarışlarda 40 oyunda dörd qol vurub və iki məhsuldar ötürmə edib. Onun "Brayton"la müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt oyunçunu 40 milyon avro qiymətləndirir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az