Premyer Liqa klubu “Çelsi” “Mançester Yunayted”in 21 yaşlı argentinalı futbolçusu Alejandro Qarnaço ilə şəxsi şərtlər üzrə razılığa gəlib.
Manset.az xəbər verir ki, məşhur jurnalist Fabritsio Romanoya görə, Qarnaçonun iyuldan bəri əsas arzusu “Çelsi”yə keçmək olub və bu, transferdə rol oynayıb.
London təmsilçisi ilə “Mançester Yunayted” arasında rəsmi danışıqların yaxın zamanda başlanacağı gözlənilir.
Qarnaço 2024-2025 mövsümü ərzində “qırmızı şeytanlar”ın heyətində 58 oyuna çıxıb, 11 qol vurub və 10 məhsuldar ötürmə ilə komandasına əhəmiyyətli töhfə verib.