Misli Premyer Liqasında 23-cü turun oyunları davam edir.
Manset.az xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək.
Əvvəlcə “Şamaxı” “İmişli”ni qəbul edəcək. Oyun saat 15:00-da başlayacaq. Komandaların ilk dövrədəki matçında “Şamaxı” 1:0 hesablı qələbə qazanıb. İkinci dövrənin oyununda isə qolsuz heç-heçə qeydə alınıb - 0:0.
Günün digər oyununda isə “Araz-Naxçıvan” “Qarabağ”ın qonağı olacaq. Görüş saat 19:15-də start götürəcək. Komandalar arasında ilk iki dövrənin oyunlarında Ağdam klubu böyük hesabla qalib gəlib - 5:0, 5:1.
8 mart
Misli Premyer Liqası
23-cü tur
15:00. “Şamaxı” – “İmişli”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Tərlan Talıbzadə, Emin Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Şamaxı şəhər stadionu
19:15. “Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kərim Zeynalov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Kamran Bayramov
Tofiq Bəhramov adına Respublika Stadionu
9 mart
18:30. “Zirə” - “Kəpəz”
20:30. “Neftçi” - “Turan Tovuz”
10 mart
19:15. “Sabah” - “Qəbələ”.