logo
logo logo
logo

"Beşiktaş" yeni qapıçısını gətirir - Bu axşam İstanbula gələcək

14:30 - 07 İyul 2026

\"Beşiktaş\" yeni qapıçısını gətirir - Bu axşam İstanbula gələcək

"Beşiktaş" Doğan Alemdarı heyətinə qatıb.


Manset.az türk mediasına istinadən xəbər verir ki, Slovakiyadakı təlim-məşq toplanışında mövsümöncəsi hazırlıqlarını davam etdirən "Beşiktaş" eyni zamanda transfer işlərini də sürətləndirir.

"Qara-ağlar" "Başakşehir FK"-dan 23 yaşlı qapıçı Doğan Alemdarı heyətinə qatmağa hazırlaşır. Hazırda "narıncı-göy" komandanın xarici ölkədəki təlim-məşq toplanışında iştirak edən Alemdarın bu axşam İstanbula gəlməsi gözlənilir.

Klubun məsələ ilə bağlı açıqlamasında deyilir: "Həm özü, həm də klubu ilə prinsipial razılıq əldə etdiyimiz peşəkar futbolçu Doğan Alemdar tibbi müayinədən keçmək və transfer prosesini yekunlaşdırmaq məqsədilə bu axşam İstanbula gələcək.

Doğan Alemdarı gətirən təyyarənin bu gün saat 18:40-da İstanbul Hava Limanının Beynəlxalq Terminalına enməsi nəzərdə tutulub."


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az