UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Sabah” – “Hapoel” (Berr-Şeva) matçına 25 min bilet satılıb.
Manset.az xəbər verir ki, bu barədə “Sabah” klubundan məlumat verilib. Bildirilib ki, hazırda satış davam edir və oyun saatına qədər bu sayın artacağı gözlənilir.
Qeyd edək ki, “Sabah” – “Hapoel” (Beer-Şeva) matçı bu gün saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Stadionun 31 min 200 tamaşaçı tutumu var.
İlk oyunda İsrail təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
***
09:11
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyunlarına start veriləcək.
Manset.az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” da həlledici qarşılaşmada meydana çıxacaq.
Bakı təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda İsrail çempionu “Hapoel” (Beer-Şeva) ilə üz-üzə gələcək.
Saat 20:45-də başlayacaq görüşü Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.
İlk oyunda səfərdə rəqibinə 1:2 hesabı ilə məğlub olan “Sabah” doğma meydanda bu nəticəni dəyişərək, növbəti mərhələyə yüksəlməyə çalışacaq.
UEFA Çempionlar Liqası
Pley-off, cavab oyunu
25 avqust
20:45. “Sabah” (Azərbaycan) - “Hapoel” (Beer-Şeva, İsrail)
Hakimlər: İştvan Kovaç, Mixay Marika, Ferents Tunyodi, Sabolç Kovaç (Rumıniya)
VAR: Bastian Dankert (Almaniya)
AVAR: Katalin Popa (Rumıniya)
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 1:2.