logo
logo logo
logo

"Sabah"ın əsas mərhələdəki bütün rəqibləri bəlli oldu - YENİLƏNİB

21:08 - 27 Avqust 2026

\"Sabah\"ın əsas mərhələdəki bütün rəqibləri bəlli oldu - YENİLƏNİB

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki bütün rəqibləri müəyyənləşib.


Manset.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Napoli" (İtaliya) və "Slaviya" (Çexiya) ilə Bakıda üz-üzə gələcək.

Ölkə çempionu "Arsenal", "Mançester Yunayted" (hər ikisi İngiltərə), "Vilyarreal" (İspaniya) və "Vikinq"lə (Norveç) səfərdə qarşılaşacaq.

***

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki altı rəqibi müəyyənləşib.


Manset.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya) və "Napoli" (İtaliya) ilə Bakıda üz-üzə gələcək.

Ölkə çempionu "Arsenal", "Mançester Yunayted" (hər ikisi İngiltərə), "Vilyarreal"la (İspaniya) səfərdə qarşılaşacaq.

***

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki dörd rəqibi müəyyənləşib.


Manset.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Barselona" (İspaniya) və "Borussiya" (Dortmund, Almaniya) ilə Bakıda üz-üzə gələcək.

Ölkə çempionu "Arsenal" və "Mançester Yunayted"lə (hər ikisi İngiltərə) səfərdə qarşılaşacaq.

***

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki üçüncü rəqibi bəlli olub.


Manset.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Borussiya" (Dortmund, Almaniya) ilə üz-üzə gələcək.

Bu qarşılaşmada da Bakıda keçiriləcək.

***

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ikinci rəqibi bəlli olub.


Manset.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Arsenal"la üz-üzə gələcək.

Bu qarşılaşma İngiltərədə keçiriləcək.

***

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk rəqibi bəlli olub.


Manset.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Barselona" (İspaniya) ilə üz-üzə gələcək.

Sözügedən matç Bakıda keçiriləcək.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin oyunları 2026-cı il sentyabrın 8-dən 2027-ci il yanvarın 27-dək keçiriləcək. Turnirin final matçı isə 2027-ci il iyunun 5-də Madriddə təşkil olunacaq.

***

Püşkatma mərasimi başlayıb:


***

Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək.


Manset.az xəbər verir ki, Monakoda baş tutacaq mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Liqa mərhələsinin 36 iştirakçısı 4 səbətə bölünüb. Azərbaycan çempionu “Sabah” 4-cü səbətdə yer alıb.

Hər komandanın 8 fərqli rəqibi olacaq. Azərbaycan çempionu 4 oyunu evdə, 4 oyunu isə səfərdə keçirəcək.

1-ci səbət

PSJ (Fransa)

“Bavariya” (Almaniya)

“Real” Madrid (İspaniya)

“Liverpul” (İngiltərə)

“İnter” (İtaliya)

“Mançester Siti” (İngiltərə)

“Arsenal” (İngiltərə)

“Barselona” (İspaniya)

“Atletiko” Madrid (İspaniya)

2-ci səbət

“Borussiya” Dortmund (Almaniya)

“Roma” (İtaliya)

“Sportinq” (Portuqaliya)

“Aston Villa” (İngiltərə)

“Portu” (Portuqaliya)

“Mançester Yunayted” (İngiltərə)

“Brügge” (Belçika)

“Betis” (İspaniya)

PSV (Niderland)

3-cü səbət

“Feyenoord” (Niderland)

“Lill” (Fransa)

“Budyo-Qlimt” (Norveç)

“Napoli” (İtaliya)

“Leyptsiq” (Almaniya)

“Vilyarreal” (İspaniya)

“Fənərbaxça” (Türkiyə)

“Şaxtyor” (Ukrayna)

“Qalatasaray” (Türkiyə)

4-cü səbət

“Slaviya” Praqa (Çexiya)

“Slovan” Bratislava (Slovakiya)

“Ştutqart” (Almaniya)

AEK (Yunanıstan)

LASK (Avstriya)

“Komo” (İtaliya)

“Lans” (Fransa)

“Vikinq” (Norveç)

“Sabah” (Azərbaycan)

Qeyd edək ki, liqa mərhələsinin oyunlarına sentyabrın 8-i start veriləcək.

Çempionlar Liqasının Liqa mərhələsinin tam təqvimi, oyunların tarixləri və başlama saatları isə avqustun 29-dan gec olmayaraq açıqlanacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az