logo
logo logo
logo

“Qalatasaray” bombanı partlatdı - 90 milyon manatlıq transfer

16:54 - 29 Avqust 2026

“Qalatasaray” bombanı partlatdı - 90 milyon manatlıq transfer

Portuqaliya millisinin və “Milan”ın ulduz futbolçusu Rafael Leao karyerasını Türkiyədə davam etdirəcək.


Manset.az xəbər verir ki, 27 yaşlı hücumçu “Qalatasaray”a transfer olunub.

“Sky Sport” bildirir ki, “Qalatasaray” italyan klubuna 43 milyon avro sabit ödəniş və 2 milyon avro bonus ödəyəcək. Bundan əlavə, “Milan” futbolçunun növbəti satışından 20 faiz pay əldə edəcək. 

Transferin ümumi məbləğinin 45 milyon avro olduğu bildirilir.

Müqavilə 2030-cu ilə qədər imzalanacaq.

Qeyd edək ki, ulduz futbolçu “Milan”la 2021/22 mövsümündə İtaliya çempionluğu da qazanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az