"Qarabağ" Çexiya klubu ilə heç-heçə ETDİ - YENİLƏNİB

22:42 - 17 Avqust 2022

\"Qarabağ\" Çexiya klubu ilə heç-heçə ETDİ - YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” (Azərbaycan) və “Viktoriya” (Çexiya) klubları arasında oyun keçiriləcək.

Manset.az xəbər verir ki, qarşılaşma saat 20:45-də start götürəcək. Matç Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Qeyd edəl ki, komandalar arasındakı cavab qarşılaşması avqustun 23-də Plzendə olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

***

“Qarabağ”: Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Marko Veşoviç, Toral Bayramov, Qara Qarayev, Marko Yankoviç, Kadi Borqes, Ramil Şeydayev, İbrahima Vadji, Abdullah Zubir.

“Viktoriya”: Yindrix Stanek, Vatslav Jemelka, Ludek Perniça, Lukaş Heyda, Yan Kopiç, Yan Şikora, Pavel Buça, Lukaş Kalvax, Milan Havel, Tomas Çori, Con Moskera

***

Matç başladı.

***

Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" Plzen komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

Komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar - 0:0.

***

Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" Plzen komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

İlk hissədən sonra görüşdə hesab açılmayıb - 0:0.

***

Oyun bitdi. 0:0


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az