Azərbaycan millisinin oyunu koronavirusa görə təxirə salındı

11:40 - 06 Oktyabr 2021

Azərbaycan millisinin oyunu koronavirusa görə təxirə salındı

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının bu gün Norveç yığması ilə keçirməli olduğu Avropa çempionatının seçmə oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.

Manset.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırda Belçikada səfərdə olan yığmanın 3 futbolçusunun - Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarov (yarımmüdafiəçi, “Qarabağ”) - COVID-19 testi pozitiv nəticələnib.

Bununla əlaqədar, Belçikanın daxili qanunları nəzərə alınaraq, bu gün millinin digər üzvlərindən daha bir dəfə COVID-19 testi götürüləcək.

Məsələ ilə bağlı əlavə məlumat veriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az