Norveç Türkiyə ilə kritik oyuna ciddi itkilərlə gedir

14:00 - 06 Oktyabr 2021

Norveç Türkiyə ilə kritik oyuna ciddi itkilərlə gedir

DÇ-2022-nin seçmə mərhələsində İstanbulda Türkiyə millisi ilə qarşılaşacaq (8 oktyabr) Norveç yığması ciddi itkilərlə üzləşib.

 

Manset.az Norveç mətbuatına istinadən xəbər verir ki, lider futbolçulardan Aleksandr Sörletdən sonra komandanın ulduzu sayılan Erling Haalandın da zədəsi səbəbindən qarşıdakı görüşü buraxacağı dəqiqləşib. Bundan başqa, Coşua Kinq və Kristofer Ayerin də adı heyətdən çıxarılıb.

“Arsenal”ın gənc oyunçusu Martin Edeqorun isə oyunda iştirakı sual altındadır. 

Xatırladaq ki, G qrupunda Niderland və Norveç 6 oyundan sonra 13 xalla 1-2-ci, Türkiyə isə 11 xalla 3-cü yeri tutur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az