Sabah müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşdırılacaq.
Manset.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, DSMF tərəfindən fevralın 26-da müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənişinin yekunlaşdırılması nəzərdə tutulub.