Nazir qəzalı məktəblərdən danışdı 

12:12 - 18 Mart 2026

Nazir qəzalı məktəblərdən danışdı 

"İnfrastruktur bizi narahat edən məsələlərdəndir. İnfrastrukturun əsasında təhsil müəssisələrinin yerləşdiyi binaların vəziyyəti qeyd edildi. Deputatlar bölgələrdəki vəziyyətdən yaxşı xəbərdardır. Naxçıvan MR də daxil olmaqla, bütövlükdə 237 musiqi-incəsənət məktəbləri Mədəniyyət Nazirliyi sistemində mövcuddur".


Manset.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində keçirilən "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə çıxışı zamanı mədəniyyət naziri Adil Kərimli deyib.

"Monitorinq zamanı elə məktəblər mövcud idi ki, qəzalı vəziyyət hökm sürürdü. Həmin məktəblərdə tədrisin davam etdirilməsi qeyri-mümkün idi. Elə bölgələrimiz var ki, ora Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarını cəlb etməklə, orda təhsil prosesini müvəqqəti dayandırıb və tədrisin başqa məkanlarda təşkili ilə bağlı qərar qəbul etmişik. Hazırda 25 məktəbin inşası prosesi davam etdirilir. Bu il həmin məktəblər müəllim və şagirdlərimizə təhvil veriləcək”, - deyə nazir bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az