Məşhur türkiyəli müğənni Banu Parlak kooperativ dələduzluqda ittiham edilərək saxlanılıb.
Manset.az Haber Global-a istinadən xəbər verir ki, Banu Parlak Trabzona gedərkən İstanbul Hava Limanında saxlanılıb.
Banu Parlak Qaziosman Paşa Ədliyyəsinə aparılır.
Qeyd edək ki, Banu Parlak 1987-ci ildə anadan olub. Vətəni Kastamonu olan məşhur 2017-ci ildə Okan Öztürklə ailə həyatı qurub. Cütlüyün bu evlilikdən bir qızı var . Lakin Okan Öztürk və Banu Parlak 2018-ci ildə boşanıblar. Banu Parlakın 35 yaşı var.
Jalə
Manşet.az