Əməkdar artist Aygün Bəylərin nəşi ölkəyə gətirilməyib.
Manset.az-ın əldə etdiyi məlumata görə, sənətçinin ölümü ilə bağlı Türkiyədə sənədləşmə işi bitib, morqdan çıxarılıb. Onun nəşi hazırda Ankara hava limanına aparılır. Sənətçinin nəşi gün ərzində Bakıya gətiriləcək. Aygün Bəylərin cənazəsi onun atasının Suraxanı rayonunda yerləşən evinə aparılacaq. Mərhumun dəfn olunacağı yer hələ dəqiqləşməyib.
Məlumatı Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova saytımıza təsdiqləyib.
Manşet.az