Azərbaycan millisinin və “Qarabağ” klubunun futbolçusu Bəhlul Mustafazadə Azərbaycan 2-ci liqasında mübarizə aparan “Kür-Araz”a yardım edib.
Manset.az xəbər verir ki, bu barədə “Kür-Araz”ın mətbuat xidməti məlumat yayıb.26 yaşlı müdafiəçi İmişli təmsilçisinn futbolçularına buts və qapıçı əlcəyi hədiyyə edib.
Klub Bəhlul Mustafazadəyə təşəkkürünü bildirib.
Xatırladaq ki, Bəhlulun atası Ələmdar Mustafayev “Kür-Araz”ın baş məşqçisidir.