"Nazirlər suallarımıza cavab vermir. Çıxışlara, qaldırılan problemlərə ənənəvi biganəlik göstərilir".
Manset.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Tahir Kərimli deyib.
“Suallarımıza nə səhiyyə naziri cavab verir, nə əmək və əhalinin sosial müdafiə naziri. Deyirlər, elə Maliyyə Nazirliyi cavab verəcək. Təhsildən danışacağıq, təhsil naziri cavab verməyəcək. Üzərinə düşənləri et, islahatlar keçir. Sənə deyilməyib ki, 190 min ailənin pensiyasını kəs. Biz 50 manat verib, bir çaynik çay içirik, rayonda isə 9-10 kişi toplaşır ki, 10-20 qəpikdən “sobrazim” edək, 1 çaynik çay içək!”