"Xocalıda qətlə yetirilən qurbanları yad edirik" - İsrail səfiri

17:05 - 26 Fevral 2024

\"Xocalıda qətlə yetirilən qurbanları yad edirik\" - İsrail səfiri

“Bu gün biz 1992-ci ildə Xocalıda qətlə yetirilən qurbanları yad edirik. İsrail adından Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm”.

 

Manset.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı “X” hesabında paylaşımında bildirib.

Diplomat qeyd edib ki, onun ölkəsi də bu ağrını anlayır: “Uşaqlar, qadınlar və qocalar da daxil olmaqla günahsız insanların anlamsız şəkildə qətlə edilməsinə şahid olmağın dəhşətini anlayırıq. İstər 1992-ci ilin fevralında, istərsə də 2023-cü ilin oktyabrında bu cür vəhşiliklər bizi ədalətsizlik və nifrətlə mübarizəni davam etdirməyə və ümumi insanlığı qorumağa məcbur edir”, - səfir deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az