"3+3" formatında görüş bu il keçirilə BİLƏR

23:14 - 26 Mart 2024

\"3+3\" formatında görüş bu il keçirilə BİLƏR

Regiondakı problemlərin həlli üçün ən faydalı format “3+3” formatıdır.

 

Manset.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.

O qeyd edib ki, digər dövlətlərin müdaxiləsi vəziyyəti gərginləşdirməklə yanaşı, Cənubi Qafqazda eskalasiyanı da artırır.

Səfirin sözlərinə görə, "3+3" formatı üzrə növbəti görüş bu il baş tuta bilər. Cəlali Gürcüstanın da bu formatda iştirakına ümid etdiyini bildirib.

Qeyd edək ki, ötən ilin oktyabr ayında İranın paytaxtı Tehranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) xarici işlər nazirlərinin görüşü keçirilib. Gürcüstan görüşdə iştirak etməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az