Laçın azadlığa qovuşduqdan sonra çalınan ilk "Son zəng"

21:56 - 26 May 2024

Laçın azadlığa qovuşduqdan sonra çalınan ilk \"Son zəng\"

Laçın şəhər 2 nömrəli tam orta məktəbin işğaldan əvvəlki sonuncu məzunları yarımçıq qalmış hekayələrini 32 il sonra tamamlayıblar.

 

Manset.az  xəbər verir ki, bu barədə informasiyanı Şərqi Zəngəzur Regional Təhsil İdarəsi yayıb.

Mənbə qeyd edib ki, 1992-ci ilin mayın 25-də keçirilən "Son zəng"ə hazırlaşan məzunların arzuları mayın 18-də Laçının işğalı ilə yarımçıq qalmışdı. Həmin məzunlar gecikən "Son zəng"lərini məzunu olduqları Laçın şəhər 2 nömrəli tam orta məktəbdə 32 il sonra vurublar. ,Laçın azadlığa qovuşduqdan sonra çalınan ilk "Son zəng" olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az