Fox News, The Wall Street Journal və New York Post kimi nəşrlərin sahibi olan jurnalist 93 yaşlı Rupert Merdok şəxsi həyatı ilə gündəmə gəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 93 yaşlı Rupert Merdok şənbə günü Kaliforniyada 67 yaşlı Yelena Jukova ilə evlənib.
Jukova əvvəllər rus neft maqnatı Aleksandr Jukovla evli olub. Merdok dörd dəfə evlənib və Jukova ilə görüşmədən əvvəl Enn Lesli Smitlə nişanlanıb. Merdokun bu dörd evlilikdən altı uşağı var. Övladlarının hamısı onunla birlikdə media imperiyasını idarə edirdi.
News Corp, Fox News-u quran Merdok 2023-cü ilin sentyabrında oradakı vəzifəsindən istefa edib və biznesi oğlu Lachlana təhvil verib.
Jalə
Manşet.az