Hulusi Akardan Zakir Həsənova dəstək ZƏNGİ - "Həmişəki kimi yanınızdayıq"

20:36 - 16 Noyabr 2021

Hulusi Akardan Zakir Həsənova dəstək ZƏNGİ - \"Həmişəki kimi yanınızdayıq\"

Noyabrın 16-da Türkiyənin milli müdafiə naziri Hulusi Akarla Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.

Bu barədə Manşet.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

General-polkovnik Z.Həsənov Ermənistan tərəfinin təxribatları və dövlət sərhədində olan vəziyyət barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib.

H.Akar öz növbəsində Türkiyənin həmişə olduğu kimi bu gün də Azərbaycanın yanında olduğunu bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az