“13 hərbçi əsir düşüb, 24 hərbçidən məlumat yoxdur, mövqelər əldən gedib” - Ermənistan MN

11:30 - 17 Noyabr 2021

“13 hərbçi əsir düşüb, 24 hərbçidən məlumat yoxdur, mövqelər əldən gedib” - Ermənistan MN

Ermənistanın Müdafiə Nazirliyi (MN) dünən Azərbaycan ilə sərhəddə baş vermiş hərbi toqquşma zamanı verdikləri itkilər barədə məlumat açıqlayıb.

 

Manset.az xəbər verir ki, noyabrın 17-si səhər saatlarına olan məlumata görə, 1 hərbçi ölüb, 13 hərbçi əsir düşüb, daha 24 hərbçinin taleyi barədə heç bir məlumat yoxdur.

 

İtkin düşmüş hərbçilərin tapılması istiqamətində intensiv işlər aparılır. Məlumatda həmçinin 2 hərbi postun Azərbaycanın nəzarətinə keçdiyi qeyd olunur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az