"Azərbaycanla sülh sazişi imzalamağa hazırıq" - Paşinyan

18:46 - 17 Noyabr 2021

\"Azərbaycanla sülh sazişi imzalamağa hazırıq\" - Paşinyan

"İrəvan Bakıya sülh sazişi imzalamağı təklif edib və edir".

 

Manşet.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki “hökumət saatı” zamanı bildirib.

“Biz Azərbaycana sülh sazişi imzalamağı təklif etmişik və edirik də. Həmçinin bildirmişik ki, ATƏT-in Minsk Qrupunun bütün fəaliyyəti sülh sazişinin imzalanmasına yönəlib”, – deyə, Baş nazir qeyd edib.

“Tammiqyaslı danışıqlar prosesinin bərpasından danışırıq və bu prosesə cəlb olunmuşuqsa, deməli, məqsədimiz də sülh sazişini imzalamaqdır” – o əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az