Prezident bugünkü şəhidlərimizlə bağlı tapşırıq Verdi

19:40 - 30 Noyabr 2021

Prezident bugünkü şəhidlərimizlə bağlı tapşırıq Verdi

“Möhtərəm cənab Prezident tərəfindən hadisənin təfərrüatının daha da dəqiqləşdirilməsi, həlak olan şəhidlərimizin dəfn edilməsi, yaralanan hərbi qulluqçularımızın müalicəsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib”. 

Manşet.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev brifinq zamanı deyib.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva müvafiq tapşırıqlar verib. Dəfn tədbirləri sabahkı gün ərzində valideynlərlə məsləhətləşərək həyata keçiriləcək. Bu haqda müvafiq tapşırıqlar var”, - o qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az