Baş prokurorun birinci müavinindən helikopter qəzası səbəbi ilə aparılan istintaqla bağlı AÇIQLAMA

14:25 - 01 Dekabr 2021

Baş prokurorun birinci müavinindən helikopter qəzası səbəbi ilə aparılan istintaqla bağlı AÇIQLAMA

"Hazırda Baş Prokurorluğun istintaq idarəsində cinayət işi başlanılıb".

 

Manset.az xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında Baş prokurorun birinci müavini Elçin Məmmədov bildirib.

Onun sözlərinə görə, şahidlərin dindirilməsi davam edir: “Eyni zamanda, meyitlərin daxili və xarici müayinəsi tamamlanıb. Hazırda intensiv qaydada istintaq hərəkətləri davam etdirilir”.

E.Məmmədov əlavə edib ki, ilkin məlumat barədə heç bir fikir bildirmək olmaz: “İstintaq nəticələri tədqiq olunmalıdır. Qara qutu hadisə yerindən götürülüb. Tədqiqatın nəticəsi və istintaqın gedişindən asılı olaraq ictimaiyyətə açıqlama veriləcək”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az