Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək

18:50 - 01 Dekabr 2021

Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək

Azərbaycan və Ermənistan xarici işlər nazirləri sabah İsveçdə görüşəcəklər.

Manşet.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşü ATƏT xarici işlər nazirlərinin Stokholmda keçiriləcək (1-2 dekabr) iclası çərçivəsində baş tutacaq.

Qeyd edək ki, Ceyhun Bayramov bu gün işgüzar səfərlə Stokholma yola düşüb.
 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az