Melonun yeni klubu bilindi

15:46 - 12 Dekabr 2021

Melonun yeni klubu bilindi

Braziliyanın “Palmeyras” klubundan ayrılan Felipe Melonun yeni komandası müəyyənləşib.

 

Manset.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi “Fluminense”yə keçəcək. Bu barədə Braziliya klubunun prezidenti Mario Bittenkurt yerli mətbuata açıqlamasında deyib. O, Melo ilə razılığa gəldiklərini bildirib.

Qeyd edək ki, Braziliya millisizinin sabiq üzvü karyerası ərzində ölkəsində “Flamenqo”, “Qremio”, “Kruzeyro”, İtaliyada “Fiorentina”, “Yuventus”, “İnter”, Türkiyədə “Qalatasaray”, İspaniyada “Malyorka”, “Rasinq”, “Almeriya” kimi klublarda da çıxış edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az