Zelenski Rusiyada saxlanılan Krım tatarlarına görə İlham Əliyevdən Kömək istədi

23:39 - 15 Dekabr 2021

Zelenski Rusiyada saxlanılan Krım tatarlarına görə İlham Əliyevdən Kömək istədi

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevdən Rusiyada saxlanılan Ukrayna vətəndaşlarının, ilk növbədə Krım tatarlarının azad edilməsinə yardım etməsini istəyib.

Manşet.az xəbər verir ki, bu barədə Ukraynanın Prezident Aparatının mətbuat xidməti məlumat yayıb. 

“Bu məsələ əsas prioritetlərimizdən biridir. Mən bu məsələnin irəliləyişində mümkün köməyinizə görə minnətdar olaram”, - deyə Zelenski bildirib. 

O xatırladıb ki, 2022-ci ilin fevralında Ukrayna ilə Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunacaq.

Buna görə də o, fevralda Kiyevdə üç dövlətin liderlərinin iştirakı ilə sammitin keçirilməsini təklif edib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az