Vüsal İsgəndərli 90+7-də komandasını xilas etdi

19:30 - 18 Dekabr 2021

Vüsal İsgəndərli 90+7-də komandasını xilas etdi

Türkiyənin "Keçiörengücü" klubunda çıxış edən azərbaycanlı futbolçu Vüsal İsgəndərli növbəti qolunu vurub.

 

Manset.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Türkiyə 1-ci liqasının 17-ci turunda evdə yarışın iddialılarından olan "Erzurumsor"la keçirilən görüşdə fərqlənib.

Fasilədən sonra meydana daxil olan oyunçu görüşün əsas vaxtına əlavə olunmuş 7-ci dəqiqədə rəqib qapısına yol taparaq, komandasını məğlubiyyətdən xilas edib. Oyun 3:3 hesabı ilə başa çatıb. Xallarını 19-a çatdıran "Keçiörengücü" 14-cü pilləyə yüksəlib.

Qeyd edək ki, bu, Vüsal İsgəndərlinin "Keçiörengücü" klubunda 4-cü qoludur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az