Nyu Yorkdakı mənzildə güclü yanğın baş verib.
Musavat.com ölkə mediasına istinadən xəbər verir ki, yanğından xilas olan iki yeniyetmə pəncərədən çıxaraq boruyla aşağı enə bilib. Onların vəziyyəti stabildir.
Qonşuluqda yaşayanlar 18 yaşlı qız və 13 yaşlı oğlanın 5-ci mərtəbənin pəncərəsindən bayıra çıxaraq necə xilas olduğunu görüntüləyiblər.
Nyu-York polis idarəsinin məlumatına görə, yanğın cümə axşamı Manhettenin Aşağı Şərq tərəfindəki bir mənzildə başlayıb.