Azərbaycanın vitse-prezidentlərinə ömürlük diplomatik pasportun verilməsinə dair layihə qəbul edildi

11:44 - 20 Dekabr 2021

Azərbaycanın vitse-prezidentlərinə ömürlük diplomatik pasportun verilməsinə dair layihə qəbul edildi

Milli Məclisin bu gün keçirilən iclasında "Pasportlar haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Manset.az-ın xəbərinə görə, dəyişikliklə diplomatik pasport veriləcək şəxslərin siyahısı genişləndirilir.

Belə ki, dəyişikliklə Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrini icra etməyə başladıqdan ən geci 15 gün keçənədək Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək.

Digər bir dəyişikliklə isə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport ömürlük veriləcək.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az