Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Gürcüstana rəsmi səfər edəcək.
Manset.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Paşinyan səfəri çərçivəsində gürcü həmkarı İrakli Qaribaşvili ilə təkbətək görüş keçirəcək.
Tərəflərin görüşündən sonra Hökumətlərarası iqtisadi komissiyanın iclası baş tutacaq. Hər iki ölkənin hökumət üzvləri və müvafiq qurumların nümayəndələri iclasda iştirak edəcək.
***
Nikol Paşinyan Gürcüstana səfər edib. Onu Tbilisi hava limanında Gürcüstanın xarici işlər naziri David Zalkaliani qarşılayıb.
***
Tbilisidə Nikol Paşinyanın iştirakı ilə Gürcüstan-Ermənistan Hökumətlərarası iqtisadi komissiyanın iclasının açılışı olub.
Tədbirdə çıxış edən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib ki, Gürcüstan regionda sülh və sabitliyə nail olmaq üçün vacib rol oynamağa hazırdır.