Metro əməkdaşı "Elmlər Akademiyası" stansiyasında vəfat etdi

10:34 - 22 Dekabr 2021

Metro əməkdaşı \"Elmlər Akademiyası\" stansiyasında vəfat etdi

"Bakı Metropoliteni" QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki, 1965-ci il təvəllüdlü Eldar Süleymanov iş yerində vəfat edib.

Bu barədə Manset.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, mərhum bu gün səhər saat 7:55-də metronun "Elmlər Akademiyası" stansiyasında olarkən özünü pis hiss edib. Dərhal stansiyaya təcili tibbi yardım xidməti cağırılıb, buna qədər isə ona ilkin tibbi yardım edilib. Həkim gələnə qədər isə E.Süleymanov dünyasını dəyişib.

Allah rəhmət eləsin!


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az