Kamaləddin Heydərov dünən general olan şəxsi yüksək vəzifəyə Təyin etdi (FOTO)

14:30 - 23 Dekabr 2021

Kamaləddin Heydərov dünən general olan şəxsi yüksək vəzifəyə Təyin etdi (FOTO)

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dünən general-mayor rütbəsi alan Raul Süleyman oğlu Zeynalova yeni vəzifə verib.

 

Manset.az xəbər verirr ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazirin müvafiq əmri ilə Raul Zeynalov FHN-in Bakı Regional Mərkəzi rəisinin birinci müavini vəzifəsindən azad edilib. Nazirin digər əmri ilə general-mayor FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini təyin olunub. 

 

Qeyd edək ki, Raul Zeynalov 27.04.1982-ci ildə Şəmkir rayonunda anadan olub. Bakı Dövlət Universitetini bitirib. Ailəlidir, 2 övladı var.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az