Milli Məclisin deputatı Azay Quliyev Binəqədi Gənclər Evində seçiciləri ilə görüş keçirib.
Manset.az xəbər verir ki, görüşdə iştirak edən seçicilər mənzil şəraitinin yaxşılaşdırılması, kommunal və məşğulluq ilə bağlı onları narahat edən problemlər haqqında deputata müraciətlərini çatdırıblar. Görüşdə iştirak edən mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən rayon bələdiyyəsinin rəhbəri seçicilərin qaldırdığı məsələlərin həlli ilə bağlı konkret qərarlar qəbul ediblər.
Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müfaviq addımların atılacağını bildirib.
Görüşdə Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi Mübariz Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin 2 saylı Binəqədi və Nərimanov rayon şöbəsinin müdiri Cahandar Axundov iştirak edib.