“Qazprom”un sədri İlham Əliyevi təbrik etdi

15:00 - 25 Dekabr 2021

“Qazprom”un sədri İlham Əliyevi təbrik etdi

“Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.

Manşet.az xəbər verir ki, təbrik məktubunda deyilir: 
“Hörmətli İlham Heydər oğlu,

“Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan Sizi əlamətdar yubileyiniz – anadan olmağınızın 60 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq, səmərəli və uğurlu fəaliyyət, Azərbaycan naminə yeni genişmiqyaslı zəfərlər diləyirəm”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az