“Baxandan sonra inanmadım ki bu doğru videolardır” - VİDEO

12:00 - 18 Mart 2026

“Baxandan sonra inanmadım ki bu doğru videolardır” - VİDEO

Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin ailəsini şantaj edən şəxs - F.S.  saxlanılıb.


Manset.az-ın məlumatına görə, mövzu ilə bağlı İctimai Televiziyanın hazırladığı videomaterialda bir sıra məsələlərə aydınlıq gəlib.

Belə ki, DTX-nintərəfindən saxlanılan və  bu cinayət əməlini törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı F.S  istintaqa ifadəsində cinayəti törətdiyini etiraf edərək detalları danışır.

“11 fevralda Mehman Hüseynovla əlaqə yaratmaq istədim və feysbuk səhifəsində ona mesaj göndərərək xahiş etdim ki, həmin videoları mənə göndərsin. Çox qısa zaman sonra Elman Əliyev və Zəki Səlimov həmin materialları mənə atdılar. Hətta, Elman Əliyev 2 video atmışdı. Baxandan sonra inanmadım ki bu doğru videolardır.

Bütün məlumatları əldə etdikdən sonra Mehriban, Arzu və Leyla Əliyevaların feysbuk səhifələrində mesaj yazdım ki, Alena xanımın şəxsi həyatından əldə etdiyim materiallar var. İşarə etdim ki, onlarla əlaqə saxlamaq istəyirəm. Heç bir reaksiya olmadığına görə fevralın 15-i Heydər Əliyev Fondunun saytında məktub yazıb öz e-mailimi və mobil nömrəmi qoydum. Bildirdim ki, mənimlə əlaqə saxlamasalar, bu məlumatları bütün dünyaya yayacağam”, - deyə saxlanılan şəxs bildirib.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az