"İslamabadda "ASAN xidmət"in başlaması dövlətlərarası əməkdaşlığın praktiki nəticəsidir" - İlham Əliyev

11:10 - 23 Mart 2026

 \"İslamabadda \"ASAN xidmət\"in başlaması dövlətlərarası əməkdaşlığın praktiki nəticəsidir\" - İlham Əliyev

Azərbaycan ilə Pakistan arasında əlaqələr çoxşaxəli əməkdaşlıq gündəliyinə malikdir.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Baş naziri Şahbaz Şərifə Pakistan Günü münasibətilə göndərdiyi təbrik məktubunda deyilir.

"Ölkələrimizin siyasi, iqtisadi, ticari, sənaye, enerji, nəqliyyat-logistika, müdafiə, investisiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı gündən-günə yeni məzmunla zənginləşir. Bir müddət əvvəl İslamabadda ilk "ASAN xidmət" mərkəzinin fəaliyyətə başlaması genişmiqyaslı dövlətlərarası əməkdaşlığımızın yeni praktiki nəticəsidir. İkitərəfli əməkdaşlıq zəminində qısa müddət ərzində əldə etdiyimiz nailiyyətlər xalqlarımızın rifahına və firavanlığına, regionumuzda əməkdaşlığa xidmət edir", - müraciətdə deyilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az