"Bakıda sovet dövründə tikilmiş binaların yerində müasir yaşayış kompleksləri tikilir"

16:12 - 19 May 2026

 \"Bakıda sovet dövründə tikilmiş binaların yerində müasir yaşayış kompleksləri tikilir\"

Bakıda sovet dövründə tikilmiş bir çox yaşayış binası istismar müddətini başa vurduğundan, onların yerində müasir yaşayış kompleksləri və iri parklar salınır.


Manset.az xəbər verir ki, bunu Bakı şəhər icra hakimiyyəti başçısı Eldar Əzizov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Yerli fəaliyyətin gücləndirilməsi: adekvat mənzil təminatı və dayanıqlı icmalar üçün çoxtəbəqəli idarəetmənin möhkəmləndirilməsi" adlı dəyirmi masada deyib.

O bildirib ki, bu baxımdan, "Ağ Şəhər" layihəsi xüsusi əhəmiyyət daşıyır:

"Keçmiş sənaye zonası ekoloji cəhətdən tam təmizlənib. Turizm sahəsində həyata keçirilən "Sea Breeze" layihəsi də xüsusi qeyd olunmalıdır. Bu layihə "şəhər daxilində şəhər" konsepsiyasına əsaslanır".



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az