logo
logo logo
logo

Azərbaycan-Latviya münasibətləri müzakirə edildi

20:12 - 06 Oktyabr 2026

Azərbaycan-Latviya münasibətləri müzakirə edildi

Azərbaycanın Riqadakı səfiri Nərminə Mustafayeva Latviya Xarici İşlər Nazirliyinin (XİN) dövlət katibinin müavini, siyasi direktoru Yuris Poykansla görüşü zamanı iki ölkə arasındakı münasibətləri müzakirə ediblər.


Manset.az xəbər verir ki, bu barədə N. Mustafayeva X sosial şəbəkəsində yazıb.

"Bu gün Yuris Poykansla çox məzmunlu görüşüm olub. Biz Azərbaycan və Latviya arasındakı münasibətləri, Cənubi Qafqazdakı hadisələri, regional təhlükəsizliyi, həmçinin Orta Dəhlizin artan əhəmiyyətini və Avropa ilə Asiya arasında nəqliyyat bağlılığının genişləndirilməsini müzakirə etdik. Mən onun fikrini yüksək qiymətləndirirəm və dialoqumuzun davam edəcəyinə ümid edirəm", - diplomat qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az