Türkiyə Prezidenti R.T.Ərdoğanın rusiyalı həmkarı V.Putinlə Soçidə baş tutan görüşün proqramında bəzi dəyişikliklər olub.
Manset.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə RF prezidentinin mətbuat katibi Dmitriy Peskov deyib.
O bildirib ki, Ərdoğanla Putin əvvəlcə tərcüməçilərin iştirakı ilə təkbətək görüşüb.
“Müzakirələr daha sonra işçi nahar süfrəsi arxasında davam etdiriləcək”, - Peskov deyib.
Həmçinin bildirilib ki, görüşdə Krım mövzusu müzakirə olunmayacaq.