ABŞ-nin Bakıdakı agenturası ilə görüşü təxirə salındı

15:42 - 26 Noyabr 2023

ABŞ-nin Bakıdakı agenturası ilə görüşü təxirə salındı

ABŞ-nin Azərbaycandakı səfirliyi Amerikada təhsil alan, bu ölkənin agentura şəbəkəsinə cəlb edilmiş bir qrup azərbaycanlı tələbə ilə görüşü təcili təxirə salıb.

 

Manset.az“Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı aidiyyəti şəxslərə bildiriş göndərilərək görüşün qeyri-müəyyən vaxta təxirə salındığı qeyd olunub.

Məsələ burasındadır ki, “Məzunların yubiley qalası” adı verilən “tədbir” əslində, sabah 18:30-da “JW Marriott Absheron” hoteldə keçirilməli idi. Bununla bağlı ötən gün “Qafqazinfo”da məlumat yayılmış, Azərbaycanın hüquq-mühafizə orqanlarının məsələdən xəbərdar olduğu, iştirakçıların gələcəkdə ifşa olunması üçün tədbirin nəzarətə götürüldüyü oxucuların diqqətinə çatdırılmışdı.

Məhz bu xəbərdən sonra görüşün qeyri-müəyyən vaxta təxirə salınması böyük sual doğurur:

Əgər doğrudan da bu “tədbir”in niyyəti saf idisə, son vaxtlar yaranan ABŞ - Azərbaycan münasibətlərindəki gərginliklə bağlı deyildisə, hər hansısa bir təlimat xarakteri daşımırdısa, nə üçün belə adi bir görüş təxirə salındı?

ABŞ-də fövqəladə hadisə baş vermədiyini nəzərə alsaq, deməli, sualın cavabını da tapmış oluruq...


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az