Daşkəsəndə nənə və nəvə dəm qazından zəhərləndi

17:11 - 26 Noyabr 2023

Daşkəsəndə nənə və nəvə dəm qazından zəhərləndi

Daşkəsəndə zəhərlənmə faktı qeydə alınıb.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Daşkəsən qəsəbəsində baş verib.

1942-ci il təvəllüdlü Gila Sətdarova və onun nəvəsi 2006-cı il təvəllüdlü Nərmin Sətdarova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, nənə və nəvə yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az