Azərbaycanda gün ərzində koronavirus əleyhinə 45948 vaksin vurulub.
Bu barədə Manşet.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 019, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 929 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 8841520 , birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4837342, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 4004178 təşkil edir.