Prezident İnam Kərimovun səalhiyyətlərini ARTIRDI

14:21 - 07 Oktyabr 2021

Prezident İnam Kərimovun səalhiyyətlərini ARTIRDI

Prezident İlham Əliyev “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 20 aprel 2005-ci il tarixli fərmanında dəyişiklik edib.

 

Manset.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsəsən, nazirliyin funksiyaları artırılıb. Yeni funksiyalar aşağıdakılardır:

- seleksiya nailiyyətlərinin qeydiyyatını və patent mühafizəsini, habelə “Seleksiya nailiyyətləri haqqında” qanunla müəyyən edilmiş digər vəzifələri tabeliyindəki qurum vasitəsilə təşkil etmək və onların icrasına nəzarəti həyata keçirmək;

- Kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən aidiyyəti işçiləri təsviri və təchizat norması Nazirlər Kabinetinin müəyyən etdiyi xüsusi geyim forması və fərqlənmə nişanları ilə, habelə siyahısı nəzarət-ölçü cihazları ilə və digər xüsusi vasitələrlə təmin etmək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az